Yamaldan daha bir rekord

  • Bu gün, 14:00

"Barselona"nın 18 yaşlı ulduzu Lamin Yamal peşəkar karyerasında ilk het-trikinə imza atıb.

Sportlife.az xəbər verir ki, bu tarixi uğur İspaniya La Liqasının 26-cı turu çərçivəsində keçirilən "Vilyarreal"la matçda (4:1) qeydə alınıb. Beləliklə, futbolçu ilk het-trikini "Barselona" forması ilə çıxdığı 140-cı rəsmi matçda reallaşdırıb. Gənc hücumçu qarşılaşmanın 28, 37 və 69-cu dəqiqələrində rəqib qapısına yol taparaq komandasının qələbəsində böyük pay sahibi olub. 

"Yamal bu nailiyyəti ilə 21-ci əsrdə İspaniya çempionatında het-trik edən ən gənc futbolçu kimi tarixə düşüb."

Cari mövsümdə bütün turnirlərdə 31 oyuna çıxan Yamal artıq 16 qol və 13 məhsuldar ötürməni aktivinə yazdırıb. Bu qələbədən sonra xallarını 64-ə çatdıran "Barselona" turnir cədvəlinə liderlik edir. 51 xalı olan "Vilyarreal" isə üçüncü pillədə qərarlaşıb.


Paylaş: