Qətərdə futbol yarışları təxirə salındı

  • Bu gün, 17:33

Qətər Futbol Assosiasiyası Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bütün futbol yarışlarının təxirə salındığını açıqlayıb.

Sportlife.az xəbər verir ki, qurumun X-də yaydığı bəyanatda bildirilib:

“Qətər Futbol Assosiasiyası bu gündən etibarən növbəti bildirişədək bütün turnirlərin, yarışların və oyunların təxirə salındığını elan edir. Yarışların bərpa olunacağı yeni tarixlər Assosiasiyanın rəsmi kanalları vasitəsilə açıqlanacaq”.

Fevralın 28-də ABŞ və İsrail İran əleyhinə birgə hərbi əməliyyata başlayıb. İran isə cavab olaraq ABŞ-ın hərbi bazalarına və İsrail, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyndəki obyektlərinə zərbələr endirib.


Paylaş: