Messi Peleyə çatdı

  • Bu gün, 10:50

"İnter Mayami”nin kapitanı Lionel Messi cərimə zərbələrindən vurulan qolların sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleyə çatıb.

Sportlife.az xəbər verir ki, argentinalı hücumçu buna MLS-in müntəzəm mövsümünün II turunun “Orlando Siti” ilə səfər matçında nail olub.

Matçda dubl edən ulduz futbolçu 2-ci qolu standart vəziyyətdən vurub. Bununla da Messi cərimə zərbəsindən vurduğu qolların sayını 70-ə çatdırıb. Argentina millisinin kapitanı hazırda bu göstəricidə yalnız braziliyalı veteran yarımmüdafiəçi Juninyo Pernambukanodan (77 qol) geri qalır.

Qeyd edək ki, “Orlando Siti”-“İnter Mayami” oyunu qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.


Paylaş: