Millimizin baş məşqçisi: "Oyuna tam köklənmişik"
“Sabah çox vacib oyuna çıxacağıq. Çünki bu, dünya çempionatının seçmə mərhələsində ilk matçımız olacaq".
Sportlife.az xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində Bakıda Şimali Makedoniya yığması ilə keçiriləcək ilk tur oyundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, ilklər həmişə çətin və önəmli olur: "Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq. İtkilərimizin olmasına baxmayaraq, oyuna tam köklənmişik. Rəqibi təhlil edərək komanda ilə bölüşmüşük. Planımızı da buna görə qurmuşuq. Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Şimali Makedoniya oyunu saat 15:00-da başlanacaq.