Millimizin futbolçusu qələbənin iştirakçısı oldu

  • Bu gün, 17:06

Niderland Erediviziyasında XXV turun oyunları keçirilib.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozancan Kökçünün formasını geyindiyi "Volendam" doğma meydanda "Qroningen"lə üz-üzə gəlib. Görüş ev sahibi komandanın 3:2 hesablı qalibiyyəti ilə başa çatıb.

Yığmamızın yarımmüdafiəçisi 79 dəqiqə meydanda olub.

Xal ehtiyatını 27-yə çatdıran "Volendam" turnir cədvəlində təhlükəli zonadan bir qədər uzaqlaşmaqla 14-cü pilləyə yüksəlib.


Paylaş: