Linqardın yeni klubu bilindi

  • Bu gün, 17:49

İngiltərə millisinin sabiq futbolçusu Cessi Linqard özünə yeni klub tapıb.

Sportlife.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək.

O, A seriyasında çıxış edən "Korintians"la anlaşıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçinin son klubu Cənubi Koreya təmsilçisi "Seul" olub. 


Paylaş: