AFFA rəsmisi Kosovoda

  • Bu gün, 16:38

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Sportlife.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo – Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 2-ci qrupunun I turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən “Fadil Vokrri” stadionunda təşkil olunacaq.


Paylaş: