İranlı futbolçular himni oxumadılar

  • Bu gün, 12:52

İranın qadın futbolçulardan ibarət milli komandası Avstraliyada keçirilən Asiya Kubokunun açılış oyunundan əvvəl dövlət himnini ifa etməyib.

Sportlife.az xəbər verir ki, bu jest Yaxın Şərqdə İsrail və ABŞ-ın İrana qarşı hücumlar başlatdığı və münaqişənin kəskinləşməsi fonunda baş verib.

Turnirin açılış oyununda İran Cənubi Koreyaya 0:3 hesabı ilə məğlub olub. Həmin qrupda Avstraliya və Filippin komandaları da yer alır. Bu, İranın qadınlardan ibarət milli komandasının ölkəyə hücumlar başlayandan bəri ilk oyunu idi.


Paylaş: