Mbappenin zədəsi ciddidir

  • 3 Mart 2026, 11:26

"Real"ın hücumçusu Kilian Mbappenin zədəsi ciddidir.

Sportlife.az xəbər verir ki, fransalı forvarda sol diz bağının burxulması diaqnozu qoyulub.

Futbolçunun sağalma müddəti açıqlanmayıb.

Qeyd edək ki, bu mövsüm Mbappe "Real"ın heyətində 33 oyunda 38 qol vurub və 6 məhsuldar ötürmə edib.


Paylaş: