Millimizin üzvü klubunu dəyişdi
Azərbaycanın U-21 millisinin sabiq üzvü Dmitri Nağıyev Qırğızıstanda komandasını dəyişib.
Sportlife.az xəbər verir ki, o, bu ölkənin yüksək liqa təmsilçisi “Toktoqul” klubuna keçib.
Nağıyevlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu "Dnepr", "Qarabağ" (Vyana), "Sumqayıt", "Kova da Piedad", "Stumbras", "Dinamo-Avto", "İnqulets", "Obolon", "Minay" klublarında da oynayıb. O, son mövsümü Qırğızıstanın digər təmsilçisi “Ozqon”da keçirmişdi.