Klopp "Red Bull"dan ayrılır

  • Bu gün, 16:34

"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Red Bull"dakı vəzifəsindən ayrıla bilər.

Sportlife.az xəbər verir ki, klub rəhbərliyi almaniyalı mütəxəssisin fəaliyyətindən narazıdır. Kloppun bir neçə qərarı tənqid olunub və bu, onun işdən çıxarılmasına səbəb ola bilər. Bildirilir ki, "Kristal Pelas"ın hazırkı baş məşqçisi Oliver Qlasner cari mövsümün sonunda Kloppun yerinə potensial namizəddir.

Klopp 2024-cü ilin yayında "Liverpul"un baş məşqçisi vəzifəsindən istefa verib və 2025-ci ilin yanvar ayından etibarən "Red Bull"un futbol əməliyyatlarına rəhbərlik edir.


Paylaş: