"Zirə" yarımfinalda!

  • Bu gün, 21:01

Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.

Sportlife.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında "Sumqayıt"ı qəbul edən "Zirə" 2:0 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb.

Zirə İdman Kompleksinin stadionunda qolları David Volkov (27) və Ceyhun Nuriyev (88) vurublar.

"Gənclik şəhəri" təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 84-ci dəqiqədə Nikola Ninkoviç qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.

Tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmamışdı.

Qeyd edək ki, 1/4 final mərhələsi martın 5-də başa çatacaq.


Paylaş: