Nüfuzlu turnir partlayış səbəbindən təxirə salındı
BƏƏ-nin Fuceyra şəhərində keçirilən ATP Çelenc turnirinin bəzi görüşləri dayandırılıb.
Sportlife.az xəbər verir ki, buna turnirin təşkil olunduğu əraziyə yaxın partlayışların baş verməsi səbəb olub.
Hadisə səhər sessiyası zamanı baş verib. Tennisçilər, kürsü hakimi və topdaşıyanlar tez bir zamanda meydançanı tərk ediblər.
Yerli hakimiyyət orqanları hava hücumundan müdafiə sistemlərinin Fuceyra Neft Sənaye Bölgəsində yanğına səbəb olan dronu ələ keçirdiyini təsdiqləyib.
Tennis turniri qeyri-müəyyən müddətə təxirə salınıb.