"Qalatasaray"dan kritik qərar
"Qalatasaray" Türkiyə Futbol Federasiyası (TFF) ilə münasibətləri dondurub.
Sportlife.az xəbər verir ki, bu barədə klubun prezidenti Dursun Özbek açıqlama verib:
"Bu gündən etibarən Türkiyə Futbol Federasiyasının hazırkı rəhbərliyi ilə bütün münasibətlərimiz dayandırılıb".
Türkiyə mediası bu qərarı Yasin Kolun "Qalatasaray" və "Fənərbaxça" arasında 31-ci tur matçına baş hakim təyin olunması ilə əlaqələndirir. Oyun aprelin 26-da İstanbulda keçiriləcək və liqa cədvəlinə liderlik edən iki komanda üçün çox vacib olacaq.