Trampın nümayəndəsindən FIFA-ya müraciət
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli dünya çempionatında İran milli komandasının mundiala vəsiqə qazana bilməyən İtaliya ilə əvəz olunmasını təklif edib.
Sportlife.az xəbər verir ki, dövlət rəsmisi bu təkliflə FIFA-ya müraciət ünvanlayıb:
"Trampa və FIFA prezidenti Canni İnfantinoya təklif göndərdiyimi təsdiqləyirəm. Mən italyan əsilliyəm və ABŞ-də keçiriləcək turnirdə "Azzurri"ni görmək mənim üçün bir xəyal olardı. Bunun üçün hər cür səbəbləri var".
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.