Nəriman oynamadı, komandası qalib gəldi

  • Bu gün, 12:06

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolambus Kru” MLS-də növbəti oyuna çıxıb.

Sportlife.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Los Anceles Qelaksi” ilə qarşılaşıb. Matç “Kolambus Kru”nun qələbəsiylə başa çatıb – 2:1.

Nəriman Axundzadə bu oyunda meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb.

Qeyd edək ki, “Kolambus Kru” 9 turdan sonra 9 xalla 9-cu sıradadır.


Paylaş: