Xilaskar qapıçı
"Toronto"nun qapıçısı Luka Qavran MLS-in son turunun "Filadelfiya" ilə oyununda qol vurub.
Sportlife.az xəbər verir ki, kanadalı qolkiper əsas vaxta əlavə olunmuş dəqiqələrdə fərqlənib.
O, 90+6-cı dəqiqədə cərimə meydançasına asmanı başla qapıdan keçirib və komandasını məğlubiyyətdən xilas edib - 3:3.