Yassin Benziya: "Ayıbdır!"

  • Bu gün, 11:02

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benziya Azərbaycan Kubokunun yarımfinal mərhələsində Ağdam klubunun “Sabah”a uduzaraq (1:2) mübarizəni dayandırmasından sonra paylaşım edib.

Sportlife.az xəbər verir ki, əlcəzairli futbolçu sosial şəbəkə hesabında sabiq komandasına qarşı ədalətsizlik edildiyini bildirib:

"Hakim, ayıbdır!. Ölkənin ən yaxşı komandasını məğlub etməyin yeganə yolu budur".

Qeyd edək ki, Yassin Benziya 2023–2025-ci illərdə "Qarabağ"ın formasını geyinib. 31 yaşlı futbolçu hazırda Səudiyyə Ərəbistanının "Əl-Fayha" komandasında çıxış edir.


Paylaş: