Yeni rekordçu De Yonq

  • Bu gün, 10:23

"Barselona" La Liqanın 33-cü turunda "Selta"nı 1:0 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki, 73-cü dəqiqədə meydana daxil olan Frenki de Yonq Kataloniya klubunun heyətində 293-cü matçını keçirib.

Bu isə onu klub tarixində ən çox oyun keçirən niderlandlı futbolçu edib. Əvvəlki rekord Filip Kokuya (292) məxsus idi. İlk "3-lük"də Ronald Kuman da yer alıb.


Paylaş: