MY "Qalatasaray"a rəqib oldu
"Mançester Yunayted" "Yuventus"un yarımmüdafiəçisi Ten Kopmeynersi transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" bu keçid üçün 20 milyon avro ödəməyə hazırdır.
Kopmeynersin nümayəndələri artıq transfer variantlarını qiymətləndirirlər. Onun xidmətində "Qalatasaray" da maraqlıdır.
Futbolçu 2024-cü ilin avqustundan "Yuventus"dadır və onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.