Yamalla bağlı şok xəbər
"Barselona"nın futbolçusu Lamin Yamal mövsümün qalan hissəsini buraxa bilər.
Sportlife.az xəbər verir ki, ispaniyalı vingerin bud əzələsində yırtıq aşkarlanıb.
Zədənin dərəcəsi və müalicəsinin müddəti şişkinlik keçdikdə təkrar müayinədən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Yamal La Liqanın 33-cü turunun "Selta" ilə oyununda zədələnib.