Hakan "İnter"də qalır
"İnter" yarımmüdafiəçi Hakan Çalhanoğlunu gələn mövsüm üçün komandada saxlamaq qərarına gəlib.
Sportlife.az xəbər verir ki, 32 yaşlı türkiyəli ilə müqavilənin uzadılması barədə razılığa gəlməyə çalışır.
Çalhanoğlu 2021-ci ilin iyul ayından "İnter"də çıxış edir. Onun klubla 2027-ci ilə qədər müqaviləsi var.
Yarımmüdafiəçi bu mövsüm 30 matçda 12 qol vurub və yeddi məhsuldar ötürmə edib.