Arda Gülər zədələndi

  • Bu gün, 15:50

"Real"ın futbolçuları Eder Militau və Arda Gülerin tibbi müayinələrinin nəticələri açıqlanıb.

Sportlife.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Militauya sol ayağında biseps bud sümüyünün zədələnməsi diaqnozu qoyulub. O, 2025/26 mövsümündə 22 matçda iki qol vurub və bir məhsuldar ötürmə edib.

21 yaşlı türk oyunçu Gülerin isə sağ ayağında biseps bud sümüyü zədələnib. Bu mövsüm 56 matçda 7 qol vurub və 15 məhsuldar ötürmə edib.

"Real" 32 oyundan sonra 73 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir.


Paylaş: