PSJ-nin hədəfindəki portuqaliyalı
PSJ "Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeşlə maraqlanır.
Sportlife.az xəbər verir ki, Paris klubu portuqaliyalı futbolçunu transfer etmək istəyir.
Fernandeş 2025-ci ilin avqust ayından "Vest Hem"də oynayır. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
21 yaşlı futbolçu bu mövsüm 37 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qiyməti 35 milyon avro olaraq qiymətləndirilir.