"Arsenal"da 2-ci Arteta
"Arsenal"ın baş məşqçisi Mikel Artetanın böyük oğlu Qabriel Arteta "topçular"ın U-18 komandasında debüt edib.
Sportlife.az xəbər verir ki, 16 yaşlı futbolçu hələ fevral ayında "İpsviç"lə yoldaşlıq oyunu üçün U-18-ə cəlb olunmuşdu.
Qabriel ötən gün "Bləkbörn Rovers"ə qarşı matçın 70-ci dəqiqəsində meydana çıxıb.
O, "Everton", PSJ və "Arsenal"da mərkəz yarımmüdafiəçisi kimi oynayan atasından fərqli olaraq, cinah yarımmüdafiəçisi kimi çıxış edir.