Dünya çempionu "Siti"nin "radar"ında
Argentina milli komandasının heyətində dünya çempionu olan, "Çelsi"nin vitse-kapitanı Enzo Fernandes karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, 25 yaşlı futbolçu "şəhərlilər"in transfer siyahısındadır.
İddiaya görə, Mançester klubu mövsümün sonunda Bernardu Silvanın gedişini və Rodrinin zədə problemlərini nəzərə alaraq yarımmüdafiə xəttini gücləndirməyə çalışır. Fernandesin ötürmə dəqiqliyi və oyunun tempini təyin etmə bacarığı "Siti"nin diqqətini çəkən əsas keyfiyyətlərdir.
"Tanqo"çunun "Çelsi" ilə müqaviləsi 2032-ci ilin yayına qədərdir. Bu mövsüm Enzo "Çelsi"də 48 matçda 12 qol vurub və altı məhsuldar ötürmə edib.