Autsayderlə bacarmadılar

  • 24 Aprel 2026, 10:23

La Liqanın 33-cü turunda "Vilyarreal" səfərdə "Ovyedo" ilə 1:1 hesablı heç-heçə edib.

Sportlife.az xəbər verir ki, hesabı 13-cü dəqiqədə Nikolya Pepe penalti zərbəsi ilə açıb. Ev sahibləri isə 69-cu dəqiqədə İlyas Xhairanın qolu ilə yekun hesabı müəyyənləşdirib.

"Vilyarreal" 62 xalla turnir cədvəlində 3-cü, "Ovyedo" isə 28 xalla 20-ci yerdədir.


Paylaş: