PSJ-nin qapıçısı "Sabah"da

  • Bu gün, 10:43

“Sabah”ın mövsümün sonunda heyətinə qatacağı ilk əcnəbi futbolçu müəyyənləşib.

Sportlife.az “L Equipe” nəşrinə istinadən xəbər verir ki, PSJ-nin qapıçısı Bilal Laurendon Azərbaycan Premyer Liqasının lideri ilə anlaşıb.

Fransa nəhəngi ilə müqaviləsi yaya qədər olan 20 yaşlı qolkiper həmin vaxt Bakı klubuna sərbəst oyunçu kimi qoşulacaq. Bildirilir ki, Laurendon “Sabah”la müqavilənin bütün detallarını artıq razılaşdırıb.

Mərakeşin U-20 yığmasının üzvü 2019-cu ildən PSJ-nin akademiyasındadır. O, parislilərin əsas komandasında debüt etməsə də, bir neçə matçda iştirak ərizəsində yer alıb. Artıq PSJ-nin U-19 komandasında çıxış etmək üçün yaş həddini keçən Laurendon həm Mərakeş, həm də Fransa vətəndaşlığına malikdir.

Qolkiperin “Sabah”a keçidi reallaşarsa, bu, Fransadan kənarda ilk təcrübəsi olacaq.


Paylaş: