"Qarabağ" üçün sürpriz hücumçu

  • Bu gün, 13:40

"Qarabağ" heyətinə yeni hücumçu cəlb edə bilər.

Sportlife.az goal.kz portalına istinadən xəbər verir ki, Ağdam klubu ilə yanaşı, “Qalatasaray” da “Xan-Tenqri”nin hücumçusu Hüseyn Qəmbərovla maraqlanır.

Qazaxların iddiasına görə, tərəflər arasında danışıqlar gedir. Lakin oyunçunun yetkinlik yaşına çatmadığı nəzərə alınmaqla, onun hələlik öz ölkəsində oynamağa davam etməsi planlaşdırılır.

Qəmbərov digər Qazaxıstan klubu olan FFK-nın yetirməsidir. O, Almatı Liqasının ən yaxşı hücumçusu seçilib.


Paylaş: