"Liverpul"dan antirekord

  • Bu gün, 14:27

"Liverpul" İngiltərə Premyer Liqasının XXIX turunda səfərdə "Vulverhempton"a məğlub olaraq (1:2) turnir tarixinə mənfi göstərici ilə düşüb.

Sportlife.az xəbər verir ki, martın 3-də "Molinyu Stedium"da keçirilən qarşılaşmada meydan sahibləri qələbə qolunu 90+4-cü dəqiqə Andre Trindadenin sayəsində vurublar.

"Liverpul" cari mövsümdə artıq 5-ci dəfədir ki, məhz əlavə olunmuş dəqiqələrdə buraxılan qol səbəbindən məğlubiyyət acısı yaşayır. Bu, İngiltərə Premyer Liqası tarixində bir mövsüm üçün qeydə alınan ən pis göstəricidir.

Mersisayd təmsilçisi daha əvvəl analoji ssenari ilə "Mançester Siti" (1:2), "Bornmut" (2:3), "Çelsi" (1:2) və "Kristal Pelas"a (1:2) uduzub.

Qeyd edək ki, "Liverpul" hazırda 48 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


Paylaş: