Azərbaycan Kuboku: "Qarabağ" yarımfinalda!

  • Bu gün, 21:04

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Şamaxı" ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam klubunun qələbəsi ilə bitib - 3:1

"Köhlən atlar"ın heyətində Emmanuel Addai 6 və 61-ci, Leandro Andrade 63-cü dəqiqədə fərqləniblər. Qonaqların qolunu 31-ci dəqiqədə Karim Rossi vurub. Rossi sonuncu dəqiqədə penaltidən yararlana bilməyib.

İlk görüşdə "Şamaxı" 2:1 hesabı ilə qalib gəlsə də, "Qarabağ" 2 matçın nəticəsinə əsasən, yarımfinala vəsiqə qazanıb.

Komanda növbəti raundda "Sabah" - "Qəbələ" (ilk oyun 0:0) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinə martın 5-də yekun vurulacaq. Ötən gün "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyən (ilk oyun - 0:0) "Zirə" komandası yarımfinalda iştirakını təmin edib.


Paylaş: