Millimizin futbolçusu Kipr klubunun hədəfində
Azərbaycanlı futbolçu Murad Məmmədov Kiprin “Aris” klubunun maraq dairəsinə düşüb.
Sportlife.az xəbər verir ki, bu barədə Kiprin sport-fm.com.cy saytı məlumat yayıb.
Qeyd edilir ki, Limasol təmsilçisi yay transfer pəncərəsi üçün planlarını artıq müəyyənləşdirib. 19 yaşlı cinah oyunçusunun siyahıda ön sıralarda yer aldığı bildirilib.
Qeyd edilir ki, Azərbaycanın U-21 millisinin üzvünün “Neftçi” ilə müqaviləsi bu il 30 iyunda başa çatır. Bu amil onu Limasol təmsilçisi üçün daha cəlbedici edir.