Bu gün El-Klassiko keçiriləcək
Bu gün İspaniya Superkubokunun final matçı keçiriləcək.
Sportlife.az xəbər verir ki, həlledici görüşdə əzəli rəqiblər "Real"la "Barselona" üz-üzə gələcək.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək "El Klasiko" Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, "Barselona" yarımfinalda "Atletik"i (Bilbao) (5:0), "Real" isə "Atketiko"nu (2:1) mübarizədən kənarlaşdırıb.