Enrike PSJ-dən ayrılacaqmı?
PSJ-nin baş məşqçisi Luis Enrike 2027-ci ilin yayında klubdan ayrıla bilər.
Sportlife.az xəbər verir ki, İspaniyalı mütəxəssis başqa bir komandada yeni bir təcrübə qazanmaq istəyir. Daha əvvəl Fransa nəhənginin idman direktoru Luis Kampos Enrikenin PSJ-dən ayrılacağı ilə bağlı yayılan xəbərləri yalan adlandırmışdı.
Lakin 55 yaşlı məşqçi yeni macəra axtarışındadır və müqaviləsi başa çatdıqdan sonra paytaxt təmsilçisi ilə vidalaşmağı nəzərdən keçirir.