Balotelli də Ərəbistana yollanır

  • Bu gün, 12:04

İtaliya millisinin sabiq forvardı Mario Balotelli BƏƏ-də oynayacaq.

Sportlife.az xəbər verir ki, o, karyerasını "Əl-İttifaq"da keçirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hazırda bu klub BƏƏ-nin aşağı liqasında çıxış edir.

35 yaşlı forvardı tibbi müayinədən keçdikdən sonra klubla rəsmi müqavilə imzalayacaq.

Son olaraq "Cenoa"nın formasını geyinmiş Balotelli "Mançester Siti”, “İnter”, "Milan" klublarında oynayıb. 


Paylaş: