Millimizin futbolçusu Bundesliqa klubunda
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub.
Sportlife.az xəbər verir ki, futbolçu Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Nigar Mirzəliyeva son olaraq Rusiyanın “Zenit” komandasında çıxış edib.