"Beşiktaş"dan "Aston Villa"ya
"Aston Villa" "Beşiktaş"dan hücumçu Temmi Abrahamı transfer edir.
Sportlife.az xəbər verir ki, bunun üçün İstanbul klubuna bonuslar da daxil olmaqla 21 milyon avro ödəniləcək. Müqavilənin bir hissəsi olaraq, "Aston Villa"nın oyunçusu Yasin Özcan Türkiyə komandasına qoşulacaq. Abraham özü bir neçə gün əvvəl İngiltərə klubu ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.
"Aston Villa"nın nümayəndə heyəti hazırda bütün lazımi sənədləri imzalamaq üçün Türkiyədədir. 28 yaşlı futbolçu üçün bu, əvvəllər oynadığı kluba qayıdış olacaq. Abraham həmçinin "Çelsi", "Roma" və "Milan"da da forma geyinib.