Ronaldu vidaya hazırlaşır
Kriştianu Ronaldu müqaviləsi bitdikdən sonra - 2027-ci ilin yayında "Əl-Nəsr"dən ayrıla bilər.
Sportlife.az xəbər verir ki, portuqaliyalı hücumçunun karyerasını bitirəcəyi gözlənilir.
Ronaldu 2023-cü ildən "Əl-Nəsr"də oynayır. Bu mövsüm 40 yaşlı Ronaldu Səudiyyə Ərəbistanı liqasında 16 oyunda 16 qol vurub və 1 məhsuldar ötürmə edib.
Ronaldu karyerasında 960 qol vurub. O, əvvəllər 1000 qol həddinə çatmaq istədiyini bildirmişdi.