Mostovoy: "Qarabağ"ın qələbəsinə sevindim"
Rusiya millisinin sabiq futbolçusu Aleksandr Mostovoy UEFA Çempionlar Liqasında “Qarabağ”ın Ayntraxt” üzərindəki 3:2 hesablı qələbəsini şərh edib.
Sportlife.az xəbər verir ki, tanınmış mütəxəssis oyunla bağlı təəssüratlarını ölkəsinin championat.com saytına bölüşüb:
“Qarabağ” – “Ayntraxt” matçının 1-ci hissəsinə baxdım. Əvvəlcə “Qarabağ”ın ilk qolu vurmasına çox sevindim. Sonra isə 2 qol buraxmaları və hesabın 1:2 olması məni məyus etdi. Bundan sonra artıq oyuna baxmadım, düşündüm ki, "Qarabağ" ən yaxşı halda heç-heçə edəcək.
Amma sonda onların hesabı bərabərləşdirdiyini, ardınca isə daha 1 qol vurduğunu görəndə həm təəccübləndim, həm də sevindim! "Qarabağ"da çoxlu legioner çıxış edir, hər şey heyətdən asılıdır. Komanda Çempionlar Liqasına düşməsindən, burada oynamasından, qələbələr qazanmasından və növbəti mərhələlərə yüksəlməsindən zövq almalıdır. Əla haldır!".