Biri Qubada, biri Bakıda
Azərbaycan Basketbol Liqasında XIV turun daha iki oyunu keçiriləcək.
Sportlife.az xəbər verir ki, günün ilk matçı Qubada baş tutacaq.
Şəhərin eyniadlı komandası "Lənkəran"ı qəbul edəcək. Qarşılaşma Quba Olimpiya Kompleksində, saat 15:00-da start götürəcək.
Günün 2-ci görüşündə "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək. Oyun "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da başlanacaq.
"Naxçıvan" B qrupunda 23 xalla 2-ci pillədə qərarlaşıb. "Quba", "Lənkəran" və "Sərhədçi" 17 xalla 4-6-cı yerləri bölüşdürürlər.
Qeyd edək ki, XIV tura yanvarın 25-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Ordu"nu məğlub edib - 100:96.