Millinin sabiq futbolçusu öldü
İngiltərə millisinin keçmiş müdafiəçisi Tommi Rayt vəfat edib.
Sportlife.az xəbər verir ki, veteran futbolçu 81 yaşında dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmayıb.
Rayt milli komanda ilə 1968-ci il Avropa çempionatında bürünc medal qazanıb.
Klub səviyyəsində o, "Everton"da oynayıb və onunla birlikdə İngiltərə çempionatının (1969/70), ölkə kubokunun (1966) və Superkubokunun (1970) qalibi olub.