Paytaxt klubunda 19 yaşlı müdafiəçi
"Tottenhem" "Santos"un müdafiəçisi Souzanı transfer edib.
Sportlife.az xəbər verir ki, London klubu braziliyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalayıb.
19 yaşlı oyunçu üçün 15 milyon avro ödənilib.
Souza "Santos"un yetirməsidir. O, komandanın heyətində 38 oyuna çıxıb, bir qol vurub və dörd məhsuldar ötürmə edib.