"Fənərbağça"dan Fransa klubuna
"Renn" "Fənərbağça"dan Sebastian Şimanskini transfer edib.
Sportlife.az xəbər verir ki, polşalı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Fransa klubu bu keçid üçün 10,5 milyon avro təzminat ödəyib.
Bu mövsüm Şimanski 26 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.