Dünya çempionu "Sumqayıt"da

  • Bu gün, 11:04

Ukraynanın “Polesye” klubunun rəhbərliyi futbolçu Daniil Beskorovaynını icarəyə göndərməyi qərara alıb.

Sportlife.z "TaToTake" nəşrinə istinadən xəbər verir k, 26 yaşlı mərkəz müdafiəçisi Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” klubunda tibbi müayinədən keçib.

2019-cu ildə Ukraynanın gənclər millisinin heyətində dünya çempionu olmuş futbolçu mövsümün sonunadək yeni komandasında çıxış edəcək.

Beskorovaynı ilə Qazaxıstanın “Ordabası” klubu da maraqlanıb. Lakin təcrübəli stopper karyerasını Azərbaycanda davam etdirməyə daha yaxın görünür.


Paylaş: