Premyer Liqada ilin ilk oyunları

  • Bu gün, 10:01

Azərbaycan Premyer Liqasında 2026-cı ilin ilk matçları bu gün keçiriləcək.

Sportlife.az xəbər verir ki, ilk oyun günündə 2 görüş təşkil olunacaq.

XVII turun açılış qarşılaşmasında "Araz-Naxçıvan" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Oyun Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:30-da start götürəcək. Naxçıvan təmsilçisi 26 xalla 6-cı pillədə qərarlaşıb. "İmişli" 17 xalla 9-cu sıradadır.

Günün 2-ci oyununda "Zirə" "Neftçi"nin qonağı olacaq. Bu qarşılaşma saat 19:00-da başlanacaq. Meydan sahibləri 20 xalla 8-ci, qonaqlar 28 xalla 3-cü yerdədir.

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.


Paylaş: