Fransalı futbolçuya 100 milyonluq təklif
"Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise karyerasını PSJ-də davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, transferin bu yay baş tutacağı gözlənilir.
İddiaya görə, parislilər yarımmüdafiəçi üçün 100 milyon avro ödəməyə hazırdır. Amma Münhen klubu 24 yaşlı fransız futbolçunu buraxmaq niyyətində deyil və yeni müqavilə üçün danışıqlar aparır.
Olisenin "Bavariya" ilə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.