Füzuli Məmmədovun təyinatı rəsmiləşdi
"Karvan-Yevlax" Füzuli Məmmədovun baş məşqçi postuna təyinatını açıqlayıb.
Sportlife.az xəbər verir ki, klub rəhbərliyinin qərarına əsasən, bir müddət komandada məşqçi kimi fəaliyyət göstərən Füzuli Məmmədovla mövsümün sonunadək müqavilə imzalanıb.
Onun köməkçiləri ilə də anlaşma əldə olunub.
Qeyd edək ki, "Karvan-Yevlax" hazırda Misli Premyer Liqasının turnir cədvəlində 6 xalla sonuncu - 12-ci pillədə yer alıb.