"Neftçi" və "Zirə" sülhə razılaşdı
Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportlife.az xəbər verir ki, günün 2-ci matçında "Neftçi" "Zirə"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra "Neftçi" 21 xalla 7-ci, qonaqlar 29 xalla 3-cü pillədə qərarlaşıb.
Günün ilk oyununda "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə edib - 2:2.
Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.