“Sabah”ın futbolçusu "Arsenal"a qayıdır?
“Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev karyerasını yenidən Rusiyada davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin tezliklə əvvəllər də oynadığı “Arsenal”a (Tula) keçəcəyi gözlənilir. Müqavilə 2026/2027 mövsümünün sonuna qədər qüvvədə olacaq.
Quliyev azad agent kimi Tula klubuna keçəcək. Masazır təmsilçisi bu transferə görə heç bir gəlir əldə etməyəcək.
29 yaşlı yarımmüdafiəçi “Anji”, “Rostov”, “Spartak”, “Arsenal”, “Ximki” kimi klublarda oynayıb.