“Arsenal” heç bir vacib matçı qazanmayıb”
"Mançester Yunayted”in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Pol Skoulz “Arsenal”ın Premyer Liqadakı çıxışını şərh edib.
Sportlife.az xəbər verir ki, o, bu mövsüm “topçular”ın elit komandalar qarşısında qələbə qazana bilmədiyini bildirib:
“Arsenal” hələ Premyer Liqada heç bir vacib matçı qazanmayıb. London klubu “Mançester Siti” və “Liverpul”u məğlub edə bilməyib. Mən onların çempionluğuna inanmıram, ta ki, top-klubları məğlub etməyə başlamayana qədər. Amma “şəhərlilər” və “qırmızılar” xal itirməyə davam edərsə, Mikel Artetanın komandası üçün buna ehtiyac qalmaya bilər”.
“Arsenal” hazırda Premyer Liqada turnir cədvəlinin zirvəsində qərarlaşıb.